Novruz Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Novruz İsmayıl oğlu Məmmədov Azərbaycan Respublikası Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi ─ şöbə müdiri vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir".

18:46

Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Unikal.org xəbər verir ki, Azərbaycan Prezidentiİlham Əliyevbu barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Hacıbala İbrahim oğlu Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.