Ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Komitənin texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinə, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində səlahiyyətləri isə əqli mülkiyyət agentliyinə verilib. Yeni qərar bu sahədəki idarəçiliyi daha da təkmilləşdirməq məqsədi daşıyır.
Unikal.org xezerxeber.az-a istinadən bildirir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ləğv edilərək, səlahiyyətlərinin dövlət agentlikləri arasında bölüşdürülməsi struktur islahatlarının davamıdır. Prezidentin sərəncamını şərh edən milət vəkili Zahid Orucun sözlərinə görə bu qərar sözügedən sahənin daha peşəkar şəkildə tənzimlənməsinə gətirib çıxaracaq.
Millət vəkili Zahid Oruc deyir ki, dövlət başçısının bu qərarı əslində bir çağırışdır.O bildirib ki, yeni qərarlar ölkədən kənara investisiya yatırmaq istəyənləri fikirlərindən daşındırmaq niyyəti güdür.
Zahid Orucun sözlərinə görə, yeni qərarların hansı faydalar verəcəyini çox da gözləmək lazım gəlməyəcək. Çünki yeni idarəçilik forması inkişaf etmiş qərb ölkələrdə də uğurla tətbiq edilir.