Türkiyə baş naziri Binəli Yıldırım Azərbaycanın yeni baş naziri təyin edilən Novruz Məmmədovu təbrik edib.
Unikal.org sondakika.com saytına istinadən verdiyi məlumata görə, Milli Məclisin baş nazir təyin edilməsinə razılıq verməsindən sonra N. Məmmədova zəng edən B. Yıldırım ona vəzifəsində uğurlar arzulayıb.
Yıldırım və Məmmədov danışıqlarında Türkiyə ilə Azərbaycanın "iki dövlət, tək millət" anlayışı ilə əməkdaşlığın davam etdirəcəyini, münasibətlərin daha da inkişaf edəcəyini vurğulayıblar.