"Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır.
Unikal.org xəbər verir ki, bunu, Ermənistan mətbuatında guya qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə yayılan məlumatla bağlı Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən cavab olaraq bildiriblər.