"Mitsubishi şirkəti Rusiya bazarında satılmış 86,6 mindən çox avtomobili geri çağırıb.
Unikal.org "Autonews"a istinadən xəbər verir ki, bu qərar avtomobillərin təhlükəsizlik yastığında qeydə alınan qüsurlarla bağlıdır. Bildirilir ki, geri çağırılma 2007-ci ilin fevralından 2012-ci ilin iyununadək satılmış
"Outlander modellərinə şamil olunur.
Qeyd edilir ki, avtomobillərdə təmir işləri şirkət tərəfindən ödənişsiz həyata keçiriləcək.