Azərbaycan-Rusiya sərhəddində Samur çayı üzərində yeni körpünün tikintisi üzərində iş gedir. Növbəti il bunun başa çatdırılması gözlənilir.

Unikal.org xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşdən sonra jurnalistlərə bildirib.

Bundan başqa, onun sözlərinə görə, Rusiya ilə bir sıra gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparılır: "Rusiya tərəfi aksizli malların gömrük rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılmasına dair razılıq verib. Azərbaycanla Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının artırılması da nəzərdə tutulub. Azərbaycan növbəti 5 ildə Rusiyada ixracı 5 dəfə artırmaq niyyətindədir.