Nazirlər Kabinetinin yeni tərkibində yer almayan nazirlik və komitələrə rəhbərliyi əvvəlki nazir və sədrlər edir.
Unikal.org "Report"-a istinadən xəbər verir ki, hazırda gənclər və idman naziri vəzifəsini Azad Rəhimov, mədəniyyət naziri vəzifəsini Əbülfəz Qarayev, müdafiə sənayesi naziri vəzifəsini Yavər Camalov, səhiyyə naziri vəzifəsini Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri vəzifəsini Hüseyn Bağırov icra edir.
Dövlət komitələrinə gəlincə, hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə Hicran Hüseynova, Diasporla İş üzrə Dövlət Komitəsinə Nazim İbrahimov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Mübariz Qurbanlı, Dövlət Gömrük Komitəsinə Aydın Əliyev, Dövlət Statistika Komitəsinə Tahir Budaqov, Əmlak Məsələləri Dövlət Komitəsinə Kərəm Həsənov sədrlik edir.
Dövlət Miqrasiya Xidmətinə Firudin Nəbiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə general-leytenant Arzu Rəhimov, Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli, Milli Arxiv İdarəsinə Ataxan Paşayev rəhbərlik edir.
Xatırladaq ki, Prezident İlham Əliyev aprelin 21-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalayıb.