Yeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimov nazirliyin kollektivinə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsipini açıqlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən unikal.org-a bildiriblər ki, nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq) və innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib.
İnam Kərimov fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların, xüsusilə "Elektron Kənd Təsərrüfatı layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
Qeyd edək ki, İnam İmdad oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.