Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəni təqdim edib.

Unikal.org-un xəbərinə görə, deputatların müzakirəsindən sonra hesabat səsverməyə çıxarılaraq qəbul olunub.

12:15

Azərbaycanın İnsan haqları üzrə Müvəkkilinin (Ombudsman) Milli məclisdə illik hesabatının təqdimatı başlayıb.

Unikal.org-un məlumatına görə, MM-in bu gün keçirilən iclasında hesabatı Ombudsman Elmira Süleymanova təqdim edir.