Sosial şəbəkələrdə, əsasən də facebookda kişiləri aldadaraq onların pornoqrafik görüntüləri ilə hədələyib, pul tələb edən qrup aşkarlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, ölkəmizdə onlarla kişi artıq bu cür hədə ilə üz-üzə qalıb. Belə ki, Samira Sauanara adı ilə facebookda qeydiyyatdan keçən bir şəxs kişilərə öncə dostluq göndərir. Sonra bu dırnaqarası xanım bəylərə tanışlıq təklif edərək, onları messenger proqramı vasitəsi ilə onları görüntülü danışmağa dəvət edir. Bunun ardından paltarsız vəziyyətdə olan xanım bəyi də sonunmağa təhrik edir. Kişilərin soyunaraq görüntülü danışmasından istifadə edən həmin dələduz bu pornoqrafik görüntünü beynəlxalq saytlardan birinə qoyaraq, bu görüntünün yayılmaması müqabilində həmin şəxsdən külli miqdarda pul tələb edir. Tələb etdiyi pulları isə xarici ölkələrdən birində olan bank hesabına köçürmək tapşırılır. Həmçnin bəylərin poroqrafik videolarını facebook sosial şəbəkəsində dostlarına messenger vasitəsilə göndərilir. 

Ümid edirik ki, hüquq-mühafizə orqanları ən qısa zamanda hədə-qorxu ilə insanlardan pul tələb edən qrupun üzvlərini aşkar edərək müəyyənləşdirəcəklər.

Famil Fərhadoğlu