Prezident İlham Əliyevin sərəncamına əsasən, dünən Ekologiya və Təbii Sərvətlər naziri təyin edilən Muxtar Babayev 8 il rəhbərlik etdiyi "Azərikimya İstehsal Birliyinin kollektivi ilə vidalaşıb.
Muxtar Babayev ötən 8 il ərazində uğurlu fəaliyyəti ilə "Azərikimyanın çoxminli kollektivinin eləcə də millət vəkili kimi şəhər ictimaiyyətinin, sumqayıtlıların hörmət və rəğbətini qazanıb.
Məlumat üçün bildirək ki, Muxtar Babayev 1967-ci ildə Bakı şəhərində anadan olub.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin, Azərbaycan Dövlət İqtisad İnstitutunun və Ümumrusiya Xarici Ticarət Akademiyasının məzunudur.
Əmək fəaliyyətinə 1991-ci ildə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində başlayıb.
1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyinin idarəsində rəis müavini, rəis, 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Xarici İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, rəis müavini, 2003-2006-cı illərdə ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində rəis müavini, sonradan rəis, 2007-2010-cu illərdə isə ARDNŞ-in Ekoloji məsələlər üzrə vitse-prezidenti vəzifələrində çalışıb.
2010-cu ildən isə ARDNŞ-in "Azərikimya İstehsal Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.
2010-cu ildə keçirilmiş parlament seçkilərində deputat seçilib.