Vergilər Nazirliyi Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramconun Azərbaycandakı nümayəndəliyini - "Aramco Overseas Company Azerbaijan MMC-ni dövlət qeydiyyatına alıb.

Unikal.org nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 48, mənzil 22, nizamnamə kapitalı 10 min avro, qanuni təmsilçisi isə Səudiyyə Ərəbistanı vətəndaşı Talal Almarri Husaindir.