Azərbaycan Mərkəzi Bankı 26 aprel tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan unikal.org-a verilən məlumata görə, aprelin 26-na olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2,0700 manat təşkil edir.

1 türk lirəsi 0,4166 manat, 1 rus rublu 0,0273 manat, 100 İran rialı 0,0037 manat, 1 gürcü larisi isə 0,6872 manatdır.