Prezident İlham Əliyev  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə rəis təyin edib. 
Unikal.org xəbər verir ki, prezident bununla bağlı sərəncam imzalayıb: Sərəncamda deyilir6
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Əsgər Əyyub oğlu Ələkbərov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi təyin edilsin.