CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti son dəfə 75,46 dollar/barel təşkil edib ki, bu da daha öncəki günə olan göstəricidən 0,25 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin sonuncu qiyməti 74,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin sonuncu qiyməti isə 70,20 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated etalon növlü neftin son qiyməti isə 74,46 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,35 dollar/barel azdır.