AXCP fəalı: "İstəmirəm... istəmirəm..."
11:25 23-08-2012
SİYASƏT
AXCP fəalı: "İstəmirəm... istəmirəm..."
Müxalifətçi gənclər bir-biri ilə savaşır
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlının siyasətdən getməsi ilə bağlı xəbərlər yayılıb. Lent.az-ın məlumatına görə, Ə.Qurbanlı "facebook" vasitəsilə qərarını açıqlayıb. Lakin siyasi fəal Lent.az-a məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib: "Mən bu xəbəri nə təsdiq, nə də təkzib edirəm. İstəmirəm ki, bu barədə yazılsın. Həm də istəmirəm ki, "facebook"da yazdıqlarımı götürüb saytlarda yerləşdirsinlər, paylaşsınlar".
Qeyd edək ki, Ə.Qurbanlı "facebook" sosial şəbəkəsində siyasətdən getməsini belə izah edib: "Bu adamlarla çox çətindir. Adam Elçibəydən, Kərimlidən, başqasından olmalıdır ki, bunlara dözə bilsin. Allah qoymasa, Gənclər Komitəsinin sədriyəm deyə bunlar təhqir edəndə, söyəndə, gəlib əl qaldıranda mən dözməliyəm. Yanımdakılara - cəbhəçi gənclərə təzyiq etməliyəm ki, susun. Çünki bizim ictimai sektor ərköyün imiş. Milli Azadlıq Hərəkatı illərində rəhmətlik Elçibəyi Azərbaycan milisi döyür. Bəy deyir, məni ağrıdan zərbələr deyil, ağrıdan öz milisimizin naqisliyidir. İndi adamı incidən bu hakimiyyət deyil, tərbiyəsizliyə susmalarıdır. Mənə lazımdı bunlar? Cəbhəçilər inciməsin, onlarsız her şey pisdir. Ancaq Rəşadət düz etdi, getmək doğrudur".
Ə. Qurbanlı "Nida" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zaur Qurbanlı ilə arasında olan münaqişə haqda da qeyd edib: "Zaur Qurbanlı mənə zəng etdi və görüşüb söhbət etmək istədiyini bildirdi. Razılaşdım və dedim ki, ikimiz oturaq söhbət edək. Bu gün (dünən - red.) "Venesiya" kafesində görüşdük. Kabinetdə oturduq. Qapını möhkəm-möhkəm bağladı. Mənə dedi ki, mən Kaktusa demişəm ki, gedib Əbülfəzi vurub gələcəm. Bir neçə dəfə təmkinli olmağı, bunun ona yaraşmadığını və danışmağı təklif etdim. Dediklərimə məhəl qoymadan söyə-söyə üzərimə yeridi, köynəyimin yaxasına əl atıb cırdı, vurmağa çalışdı. Mənsə dava etmək fikrində olmadığıma və bunu səviyyəsiz bildiyimə görə, sadəcə, müqavimət göstərdim. Onun mənimlə dartışmağı 4-5 dəqiqə çəkdi. Sonradan mənə aydın oldu ki, Zaur öncədən gəlib kabineti danışıb, stəkan-filan qırılacağını nəzərə alıb pulunu ödəyib və səs-küy olarsa, kafe işçilərinə kabinetə gəlməməyi deyib. Ayrıca, onun 50 cəbhəçi gəncin Kaktusu söyüb-filan deməsi yalandır. Etibar Salmanlının bizə aid statusunda Kaktus məni və cəbhəçi gənclərdən birini təhqir edib. Qarşılıqlı olaraq cavabı verilib. Zaur özü bir müddət öncə cəbhəçi xanımlardan birini ələ salıb, telefonla ona bunun düz olmadığını demişəm, davaya çağırmamışam. Ondan sonra Kaktus məni və digər cəbhəçiləri təhqir edib. Və mən bunu yazmaq fikrində deyildim, qarşı tərəfi özümüzə güldürməmək üçün. Onun yazdığını görüb əsl həqiqətdən hamının xəbəri olsun. Bundan əvvəl isə o başqa gənclərlə belə davalar edib. Solçuların onu döyməsini yazmışdı, mənsə ona dəstək olanlardan biri olmuşam, solçuları, görünür nahaq yerə qınamışam. Tələb edirəm ki, Zaur Qurbanlı məndən etdiklərinə görə üzr istəsin".
Digər Xəbərlər
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 16:47:00
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32