Bu gecə Bakının mərkəzində ağır yol qəzası baş verib.
 
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, saat 03:20 radələrində Bülbül prospektində 90 AA 669 dövlət qeydiyyat nişanlı "Mercedes S Class" 20 yaşlı oğlanı vurub. Ağır xəsarətlər alan gənc oğlanın həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.