Dövlət Statistika Komitəsi nümayəndələri Ukraynada keçirilən beynəlxalq tədbirdə iştirak edirlər
 
Bu barədə Unikal.org-a Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat verilib 

11-12 may tarixlərində Ukraynanın Lvov şəhərində milli statistika təşkilatlarının yüksək səviyyəli nümayəndələri üçün Avropa Statistikasının Normalar Məcəlləsi və Ümumi Statistika Qanunu üzrə Şərq Tərəfdaşlığı ölkələrinin Statistika üzrə İşçi Qrupunun üçüncü iclası keçirilir. İclasda Dövlət Statistika Komitəsi sədrin birinci müavini Vahab Məmmədov,Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərid Quliyev iştirak edirlər. Beynəlxalq tədbirdə Rəsmi statistika sahəsində vahid yanaşma, prinsip, standart və metodologiyaları tətbiq etmək məqsədilə hazırlanan nümunəvi Ümumi Statistika Qanunu, qanunun təmin edəcəyi milli qanunvericilik çərçivələri və Avropa Statistikasının Normalar Məcəlləsi prinsipləri ətrafında müzakirələr aparılacaq. Statistika üzrə İşçi Qrupu Avropa İttifaqı Şərq Tərəfdaşlığı çərçivəsində yaradılıb.