May ayında Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri planlaşdırılmayıb.
Unikal.org bildirir ki, bu barədə APA-ya Kremlin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, V.Putinin may ayında Bakıya səfər edəcəyi ilə bağlı xəbərlərin heç bir əsası yoxdur: "Bu ay ərzində prezidentin Azərbaycana səfəri planlaşdırılmır".
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə isə Rusiya prezidentinin yay fəslinin sonuna kimi Azərbaycana səfər edəcəyi istisna edilmir. Səfər güman ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşündə iştiraklı bağlı olacaq.