Futbol üzrə Türkiyə Kuboku uğrunda final matçı keçirilib.

Unikal.org-un məlumatına görə, həlledici görüşdə "Akhisarspor" və "Fənərbağça" komandaları üz-üzə gəlib.

Diyarbəkirdəki "Atatürk" stadionunda oynanılan qarşılaşmanı FİFA referisi Cüneyt Çakır idarə edib. Görüş "Akhisarspor"un 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qalib komandadan 32-ci dəqiqədə Migel Lopes, 70-ci dəqiqədə Abdul Sissoko, 81-ci dəqiqədə Elder Barboza, məğlub kollektivdən isə 56-cı dəqiqədə Fernandao, 86-cı dəqiqədə isə Jozef de Souza fərqlənib.

Bununla da "Akhisarspor" tarixində ilk dəfə Türkiyə Kubokunu qazanıb və bu mükafatı əldə edən 15-ci klub olub. Komandaya rəhbərlik edən Okan Buruk isə futbolçu olduğu vaxt 6 dəfə qazandığı kuboka baş məşqçi kimi ilk dəfə yiyələnib. 11 dəfə finalda uduzan "Fənərbağça"nın isə kubok həsrəti 5 ilə çatıb.