4 may 2018-ci il tarixindən etibarən, artıq "Nar-ın bütün yeni aktivləşmiş "Turbo internet paketlərində "WhatsApp pulsuzdur. Bununla da, "Turbo istifadəçiləri paketin istifadə müddəti bitənədək "WhatsApp vasitəsilə yazılı mesajlar göndərə biləcəklər.

Xatırladaq ki, müxtəlif həcmli "Turbo paketləri istər mobil telefonda, istərsə də kompüterdə 225 Mb/s-dək sürətdən zövq almaq imkanı verir. Paket bitdikdə isə "ədalətli istifadə" siyasətinə uyğun olaraq, istifadə müddətinin sonunadək pulsuz internetdən və "WhatsApp vasitəsilə limitsiz yazışmadan yararlanmaq olar. Üstəlik, irihəcmli "Turbo XL, "Turbo 2XL və "Turbo 3XL paketlərində gecələr internet yüksək sürətlə pulsuz və limitsizdir.

"Nar-ın "Turbo internet paketləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.