Ermənistanda növbəti etiraz aksiyası keçirilib.

Unikal.org-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları hökumətdən bir neçə tələb irəli sürüblər:

1. Dövlət büdcəsindən həlak olmuş əsgərlərin ailələrinə minimum 30 min dollar, yaralananların ailələrinə isə minimum 5 min dollar maliyyə yardımı göstərilsin.

2. Ermənistan Xarici işlər naziri Edvard Nalbandyan, müdafiə naziri Seyran Ohanyan, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yuriy Xaçaturov və onun köməkçisi Aykaz Baqmanyan, eləcə də Milli Məclisin vitse-spikeri Ermine Naqdalyan tutduğu bütün vəzifələrdən azad olunsun.

3. Ermənistanda Ədliyyə Nazirliyinin Məhkəmə qərarlarının icbari icrası xidmətinin sabiq rəisi, general-mayor Mihran Poqosyan Panama ofşor şirkətindən əldə etdiyi bütün gəlirləri (onun 800 milyon dollar sərvəti üzə çıxıb) büdcəyə köçürsün.

4. Ermənistanın 100 oliqarxının hər biri ayrılıqda dövlət büdcəsinə 10 milyon dollar köçürsün.

5. Qarabağ münaqişəsinin nizamlanmasına dair hər hansı bir sənədin imzalanmasına bitərəf münasibət göstərilsin, status-kvo saxlansın, hər hansı bir ərazi güzəştləri olmasın.