"Nar media nümayəndələri ilə ənənəvi görüşünü keçirib. Unikal.org xəbər verir ki, çoxsaylı jurnalistlərin iştirak etdiyi görüşdə mobil operatorun son nailiyyətləri, məhsul və xidmətləri, genişləndirilmiş şəbəkəsi və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində görülmüş işlər barədə geniş məlumat verilib.
Görüş zamanı, mobil internetdən istifadəçilərin sayına görə "Nar-ın ən yüksək yüksək göstəriciyə nail olduğu, mobil internetdən istifadənin həcmində Bakı və Abşeron yarımadasında 88%, bölgələrdə isə 28% artımın müşahidə edildiyi, bir-birindən sərfəli və əlverişli kampaniya və təkliflərin irəli sürüldüyü mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb.
Görüşdə iştirak edən "Azerfon şirkətinin baş icraçı direktoru Qunnar Panke jurnalistləri salamlayaraq "Nar-ın ən son uğur və nailiyyətləri barədə öz fikirlərini bölüşüb:
"Dinamik inkişaf sayəsində əldə etdiyimiz nailiyyətlər hər birimizi fərəhləndirir. Bu nəticələr mobil rabitə şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi, eləcə də təqdim etdiyimiz yenilikçi xidmətlər və sərfəli qiymətlər sayəsində mümkün olub. "Nar bundan sonra da yüksək inkişaf tempi ilə qarşısına qoyduğu hədəflərə nail olmağa çalışacaq, - deyə cənab Panke qeyd edib.
Şəbəkənin daha da gücləndirilməsi istiqamətində atılmış addımlardan bəhs edərkən, 6500-dən çox baza stansiyası ilə müştərilərə yüksəkkeyfiyyətli xidmət göstərildiyi, bölgələrin 4G (LTE) şəbəkəsi ilə təmin edildiyi, təkcə 2018-ci ilin ilk aylarında paytaxt və ölkənin 18 bölgəsində 147 yeni LTE baza stansiyasının quraşdırıldığı, metro stansiyalarında LTE xidmətinin təmin edildiyi, "Formula Azərbaycan qran-prisi zamanı yarışların keçirildiyi ərazilərdə daha da gücləndirilmiş şəbəkənin təmin edildiyi vurğulanıb.
Qeyd edildi ki, 2017-ci ildə müstəqil beynəlxalq şirkət olan "P3 Communications tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, "Nar şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub.
Abunəçilərin tələb və istəklərini hər zaman nəzərə alan "Nar müxtəlif məhsul və təkliflər irəli sürüb. Mobil operatorun təqdim etdiyi "Full paketləri Azərbaycanın mobil rabitə bazarında ilk dəfə olaraq "yanmayan bonuslar təcrübəsinə əsaslanır. "Qutu təklifi isə özündə ev üçün fiber-optik internet, rəqəmsal TV, mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edən və mobil internet xidmətlərini birləşdirən unikal təklifdir. Xüsusi olaraq bölgələr üçün hazırlanmış "Yerlim tarifindən yararlanmış abunəçilərin sayında 62% artım müşahidə edilib. Bundan başqa, artıq "Nar-ın bütün "Turbo internet paketlərində "WhatsApp pulsuzdur.