Küçələrdə, şəraitsiz yerlərdə satılan südlərdə zərərli maddələrin olma ehtimalı çox yüksəkdir. Belə yerlərdən fərqli olaraq istehsal müəssələrində süd laborator şəraitdə yoxlanılır.
Unikal.org Xezerxeber.az-a istinadən məlumat verir ki, bunu Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov bildirib.
Samir Eyyubovun sözlərinə görə, hazırda Azərbaycanda elə müəssələr var ki, xaricdən gətirilən cins mal-qaradan alınan günlük 54 ton süd istehsal edilir. Cəmiyyətdə ferma südünə inamı bərpa etmək üçün geniş maarifləndirilməyə ehtiyac var ki, hazırda bunun üçün iş aparılır.
Qeyd edək ki, hazırda plastik qablarda satılan südün 1 litri, 80 qəpik- 1 manat arasında dəyişir. Amma marketlərdə satılan südün bir litri 1 manat 70 - 1 manat 90 qəpikdir. Məhz bu amil də kənd südünə olan marağı artıran səbələrdəndir.