"Gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir".
Unikal.org medicina.az-a istinadən bildirir ki, bu barədə İngiltərənin "The British Dental Association"dan məlumat verilib. Məlumatda bunun başlıca səbəbi enerji içkiləri göstərilib.
Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.
BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.