Bu gün Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Bakı Marafonu-2018 keçirilir.

Unikal.org  xəbər verir ki, "Küləyə qalib gəl şüarı altında keçirilən Bakı marafonu artıq ardıcıl üçüncü dəfə təşkil olunur.Marafon Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək. Toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək

Kişi və qadın kateqoriyalarının hər birində 1-ci yerin qalibi 3 000 AZN, 2-ci yerin qalibi 2 000 AZN, 3-cü yerin qalibi isə 1 000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.