“Binə”də tacirlər yenə üsyana qalxdı
13:13 24-08-2012
SİYASƏT
“Binə”də tacirlər yenə üsyana qalxdı
Kəbirə Məmmədovanın qoçuları sahibkarlarla toqquşdu
“Binə” Ticarət Mərkəzində sahibkarlara qarşı amansızlıq davam edir. Dünən ticarət mərkəzində sahibkarlara qarşı daha bir təzyiq olub. Belə ki, “Binə” Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın qoçuları ilə sahibkarlar arasında qarşıdurma yaşanıb.
Qarşıdurmaya səbəb sahibkarların şəxsi mallarını öz arabaları ilə daşıması olub. Məlumata görə, sahibkarlar özlərinin satdıqları malları şəxsi arabaları ilə mağazalara daşıması “Binə” rəhbərliyini qane etməyib və Kəbirə Məmmədova həmin sahibkarlara zor tətbiq olunması barədə tapşırıq verib. Nəticədə təzyiqlərə məruz qalan sahibkarlar “Binə” rəhbərliyinə qarşı çıxıb.
Mübahisənin davaya çevrilməsinə baxmayaraq əraziyə gələn polislər ticarət mərkəzinin qoçularının özbaşınalıqlarına müdaxilə etməyiblər. Əksinə, Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları sahibkarları hədələyib və onları həbslə qorxudublar. Sahibkarlar deyirlər ki, hər dəfə dava olanda polis əməkdaşları hadisə yerinə gəlir, amma bu qoçulara heç nə deyə bilmirlər. Çünki, onlar da Kəbirə Məmmədovadan qorxurlar.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35