M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yeni direktor təyin olunub.
Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyə Ağayev Rauf Maqsud oğlu təyin edilib.
Nazirlik rəsmisi Səfayə Əhmədova bildirib ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, R.Ağayev əvvəllər Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsində çalışıb.
Xatırladaq ki, mərkəzin əvvəlki direktoru, akademik Böyükkişi Ağa oğlu Ağayev aprelin 4-də 90 yaşında vəfat edib.