Xəbər verdiyimiz kimi, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi hədiyyə edib. Bu barədə sənətçi "ATV maqazin onlarla proqramına açıqlamasında bildirib.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi Yusif Məmmədov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib:
"Bu gülməli xəbərdir. Tamamilə yalandır. Torpağın mülkiyyətçisi bələdiyyə olduğu üçün icra başçısı bu mülki kiməsə bağışlaya bilməz. Həmçinin xarici vətəndaşlara torpaq satışı qanunla qadağandır. Görünür türkiyəli müğənni gündəmə gəlmək üçün bu cür məlumat yayıb. Tam əminlikdə deyə bilərəm ki, sözügedən məlumat həqiqəti əks etdirmir".
Famil Fərhadoğlu