Nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə iki gözü və bir qolu olmayan gənc əlilə vəzifə verib.
Bu barədə Unikal.org-a Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədr müavini Reyhan Cəfərova məlumat verib. O vurğulayıb ki, nazir Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmiş 1989-cu il təvəllüdlü Qədir Zakir oğlu Qurbanovu Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin edib.
R.Cəfərova vurğulayıb ki, bir müddət əvvəl Qədir Zakir oğlu Qurbanovun işlə təmin olunması üçün nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə müraciət etdik: "Cənab nazir dərhal Q.Qurbanovla bağlı xüsusi göstəriş verdi və o, Yasamal rayon 2 saylı poçt filialında mühəndis vəzifəsinə təyin olundu. Qədir Qurbanov iki gözü və bir qolu olmamasına baxmayaraq işini bilən savadlı oğlandır.
Məsələ ilə bağlı Qədir Qurbanovun özü də məlumat verib. O, öncə təyinatına görə, nəqiyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadəyə özü və ailəsi adından təşəkkür edib: "Atam hazırda təqaüddə olan polis mayorudur. Füzulidə gedən döyüşlər zamanı atam da iştirak edib. 5 yaşımda atamı görmək üçün onun yanına getmişdim. Böyük Bəhməni kəndində ermənilərin atdığı mərmi yanımda partladı. Nəticədə iki gözümü və bir qolumu itirdim. Əlil olmağıma baxmayaraq daima təhsilimlə maraqlanıram. Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecini bitirmişəm. Cənab nazir məni işlə təmin etdi.
Amid Əyyuboğlu