Xəbər verdiyimiz kimi, b
u gün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Cəfər Cabbarlı və "Xətai stansiyaları arasında hərəkət edən qatarlarında qrafikində təxminən 20 dəqiqə gecikmə qeydə alınıb.
"Xətai stansiyasındakı sərnişinlərə yaranmış nasazlıqla əlaqədar qatarın müəyyən müddət platformada qalacağı bildirilib.
Bununla bağlı qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a danışıb:
N.Paşayev bildirib ki, metroda qısaqapanma olmayıb:
" Xətdə qızma olub və nəticədə tüstülənmə baş verib. Metropoliten işçiləri dərhal müdaxilə edib və problem aradan qaldırılıb. Hadisə qatarların hərəkətinə ciddi təsir göstərməyib".