Azərbaycan Yazıçılar Birliyinin "Natavan" klubunda şair-publisist Etibar Vəliyevin "ANALI DÜNYAM" adlı şeirlər kitabı və AMEA Əlyazmalar İnsitutunun doktorantı, ilahiyyatçı alim Samid Quliyevlə birgə həmmüəllifi olduğu "AZƏRBAYCANDA MULTİKULTURALİZM VƏ ONUN LƏNKƏRAN QAYNAQLARI" kitabının tədimatı keçirilib.
Unikal.org xəbər verir ki, təqdimatı giriş sözü ilə açan AYB-nin şöbə müdiri, şair Qəşəm Nəcəfzadə kitablar haqqında geniş məlumat verib.
Qeyd edilib ki, hər iki müəllif kitabda Azərbaycanda anaya, vətənə sevgi, ölkəmizdə multikulturalizm, xalqımızın zəngin multikultural keçmişi, tolerant yaşam tərzi və digər bu kimi mövzuları dolğun şəkildə qələmə alıblar.
Həmçinin kitabda Vətənmizin qədim mədəniyyət və elm mərkəzlərindən hesab edilən Lənkəranın tarixi haqqında, burada yaşayan xalqlar, dini icmalar, məbəd və ziyarətgahlar barədə geniş məlumat verilib.
Təqdimatdan sonra, AYB-nin 1-ci katibi, xalq şairi Fikrət Qoca və sədrin müşaviri Rauf Aslanov kitablar haqqında fikirlərini bildirib və müəllifləri təbrik ediblər.
Ədəbiyyat İnsitutunun müasir ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmlər doktoru Vaqif Yusifli, fəlsəfə elmləri doktoru-professor Şahrza Ağayev, DQİDK-nin şöbə müdiri Nahid Məmmədov, QMİ -nin əməkdaşı Ağasəid Yaqubov, bölgə qazisi, Sumqayıt şəhər cümə məscidinin axundu Hacı Rauf Sərdarov, tele-aparıcı Elçin Əlibəyli, və başqaları çıxış ediblər.
Natiqlər şair-publisist Etibar Vəliyevin və ilahiyyatçı alim Samid Quliyev mənəvi dünyasından, gördüyü işlərdən söz açıb. Bildirilib ki, müəlliflərin Vətənə, torpağa bağlılığını, insanlara və insanlığa münasibəti və digər mövzulara həsr etdikləri kitabların hər biri böyük və gərgin zəhmətlərinin bəhrəsidir.