Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə yeni rəis təyin edilməsi ilə bağlı əmr imzalayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Səfər Mehdiyev Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə gömrük xidməti polkovnik-leytenantı Bəhruz Quliyevi rəis təyin edib.

Xəbər Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən Unikal.org-a təsdiqlənib.

Qeyd edək ki, bir neçə gün əvvəl "dərman mafiyasına görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Sadiq Abduyev işdən çıxarılıb.

Ülvi Rzazadə