Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.

Unikal.org-un məlumatına görə, fətvada deyilir ki, bu il Azərbaycanda Ramazan ayı miladi təqvimi ilə mayın 17-də başlayacaq.

Fətvada həmçinin bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazisinin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi miladi təqvimlə mayın 17-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.

Mayın 16-dan 17-ə keçən gecə niyyət gecəsidir.

Qeyd edək ki, Ramazan ayının son günü iyunun 14-nə təsadüf edir. İyunun 15-16-sı Azərbaycanda Ramazan bayramıdır.