Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev mayın 25-də Bərdə şəhərində vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, qəbul Yeni Azərbaycan Partiyasının Bərdə təşkilatının binasında baş tutacaq.
Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının sakinləri qəbulda iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı "Qaynar xətti, 12 saylı (Bərdə) ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur.