Ev heyvanlarının çiy ətlə yemlənməsi həm özləri, həm də sahibləri üçün təhlükəlidir.
Unikal.org-un məlumatına görə, Niderlandın Utrext Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.
Qeyd olunur ki, çiy ət məhsullarında çoxlu xəstəlik törədən mikroblar və parazitlərin yumurtaları ola bilər.
İt və ya pişik bu cür çiy əti yedikdən sonra parazitləri digər ev heyvanlarına və ev sahiblərinə ötürə bilər.
Bundan başqa, aparılan təcrübələr göstərib ki, çiy ət ev heyvanlarında mədə problemlərinə, dişlərin zədələnməsinə və digər xəstəliklərə səbəb ola bilər.