ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, mayın 16-da Xocavənd rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Martin Şuster keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Oqnyen Yoviç, Gennadi Petrika və Saymon Tiller keçiriblər.