Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenant Əliağa Hüseynov Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı suallara cavab almaq istəyən jurnalisti təhqir edib.
Unikal.org xəbər verir ki, Modern.az-ın əməkdaşı "Azərbaycan Ordusunun 100 illiyik yubileyinin necə keçirilməsini istəyirsiniz sualı ilə Milli Məclisin hərbçi deputatına müraciət edib.
Deputat Əliağa Hüseynov müxbirə zəng edərkən telefonu açıb, sualı dinləyib və gözlənilmədən jurnalistin və Ordunun ünvanına təhqiramiz ifadələr işlədib:
"Siz kimsiniz? Hansı Ordudan danışırsız? Sizə nə açıqlama verəcəm? Əl çəkin məndən, şərəfsizlər! deyərək telefonu qapadıb.
Deputatın gözlənilməz münasibətindən təəccüblənən və az qala şoka düşən müxbirimiz onun hansı səbəbdən belə cavab verdiyini aydınlaşdırmaq üçün bir qədər sonra yenidən zəng edib. Lakin Əliağa Hüseynov telefonu açmayıb.
Qeyd edək ki, Əliağa Hüseynov əvvəllər də jurnalistlərə qarşı kobud davranış sərgiləyib.
Onun jurnalist zəng edən zaman hansı vəziyyətdə olduğunu deyə bilmərik. Amma istənilən halda ölkənin ali qanunvericilik orqanının mandatını daşıyan bir şəxsin bu cür davranış sərgiləməsi min kərə təəssüf doğurur...