Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Unikal.org-un məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev açılışda iştirak edib.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış olub.
Məlumat verilib ki, ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binadakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də diqqətdə saxlanıb. Belə ki, binada Azərbaycanda informasiya-kommunikasiya və proqram təminatı sahəsində 15 ildən artıq fəaliyyət göstərən yerli "CASPEL şirkəti tərəfindən müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulub, intellektual kamera-mühafizə sistemi təşkil edilib. Şirkət tərəfindən partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatı yazılıb və inzibati binanın bütün otaqları müasir kompüter, pereferiya avadanlığı ilə təchiz olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları vahid kommunikasiya məkanında birləşdirilib.
09:59
Bu gün Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.