"Burada söhbət Səməd Seyidovdan deyil, Azərbaycandan gedir. AŞPA-da atılan addımlar Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəlib. Azərbaycanı gözü götürməyənlər ölkəmiz haqqında mənfi imic formalaşdırmaq istəyirlər".
Unikal.org-un məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.
O qeyd edib ki, nümayəndə heyətinin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər: "Bundan sonrakı fəaliyyətimizdə işimizi elə qurmalıyıq ki, belə cəhdlərin qarşısı alınsın. Hər bir insan öz ölkəsinin maraqlarını müdafiə etmək istəyir. Olmayanı ölkəmizin üzərinə yazmaq böhtandır. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik".