Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, təbrik mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Portuqaliya xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.
Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq münasibətlərinə əsaslanaraq əminliklə deyə bilərəm ki, Portuqaliya və Azərbaycan ikitərəfli əməkdaşlığın bütün aspektləri, o cümlədən beynəlxalq arenada əlaqələrin genişləndirilməsi istiqamətində birgə işi davam etdirəcəklər.
Cənab Prezident, Sizi bir daha təbrik edir, Zati-alinizə xoşbəxtlik, Azərbaycan xalqına inkişaf və rifah arzulayıram.