Yay turizim mövsümü ərəfəsində qrup turlarına maraq artıb. Turizmçilərin sözlərinə görə, əvvəlki vaxtlarla müqayisədə indi xaricə qrup turları ilə səyahətə getmək istəyənlər çoxdur. Bunun isə bir neçə səbəbi var.
Unikal.org bildirir ki, turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, təkcə Turkiyənin Antalya bölgəsinə fərdi turla deyil, qrup şəkilində səyyahət etmək adambaşına ortalama 300 dollar daha ucuz başa gəlir.
Ekspert bildirir ki, İspaniya, Fransa, Macarıstan, Çexiya, Polşa, Avstriya, Slovakiya və digər Avropa ölkələrinə təşkil olunan qrup turlarında isə qiymət fərqi daha çox olur
Rəhman Quliyevin sözlərinə görə, Gürcüstana avtobusla təşkil edilən qrup turlarında da qiymət fərqi nəzərə çarpacaq qədərdir.