Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrolizinq ASC-yə daha bir sədr müavini təyin edilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, bu, Mehman Məmməd oğlu İsmayılovdur.

O, bundan əvvəl "Kapital Bank ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan "Texnika Bank ASC-nin Audit Komitəsinin sədri, "Bank of Azerbaijan ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.