"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərdiyi bütün xidmətlərdə şəffaflığın təmin olunması, süründürməçiliyə yol verilməməsi və sosial ədalətin təmin olunması bizim əsas prioritetimiz olacaq".
Unikal.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, bu çərçivədə bütün istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılacaq, əhaliyə daha yaxşı xidmətin göstərilməsi üçün müvafiq tədbirlər görüləcək.
"Sosial sektorun daha səmərəli və effektiv fəaliyyəti üçün işlərimizi sistemli aparacağıq. Konkret məsələlərə gəldikdə, müvafiq istiqamətlər üzrə işçi qruplar yaradılıb. İşçi qrupların fəaliyyəti çərçivəsində təkliflər hazırlanacaq və müvafiq qərarlar qəbul ediləcək",- deyə nazir əlavə edib.