Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən "AzInTelecom MMC-nin nümayəndə heyəti "Hökumət buludu (G-cloud) layihəsi çərçivəsində Belarusun "buluda inteqrasiya təcrübəsi ilə yaxından tanış olub.
Unikal.org xəbər verir ki, Minskdə keçirilən XXV "TİBO-2018" beynəlxalq telekommunikasiya sərgi-forumu çərçivəsində çoxsaylı yerli şirkət və dövlət qurumları ilə ikitərəfli görüşlər keçirən "AzInTelecom nümayəndə heyəti "bulud həlləri, "buluda inteqrasiya, Belarus dövlət qurumlarının "buluddan isitifadə tendensiyaları, eləcə də "Hökumət buludunun yaradılması və ona keçid perspektivlərini müzakirə ediblər.
Görüşlər zamanı qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb, iki ölkənin İKT sahəsi üzrə əlaqələrin inkişafı, xüsusilə "Hökumət buludunun yaradılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları haqqında təkliflər irəli sürülüb.
Məlumat üçün bildirək ki, "Hökumət buludunun (G-Cloud) yaradılması "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsinin tərkib hissəsidir.