Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin aparat rəhbəri Rövşən Cəlilovu işdən azad edib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumatı Unikal.org-a təsdiqləyiblər.
Bildirilib ki, R.Cəlilov təqaüd yaşı çatdığına görə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.