Şəmkir-Gədəbəy avtomobil yolunda avtomobil aşıb, xəsarət alan var.
 
Hadisə yolun Şəmkir rayonu ərazisində, Yeni Yasamal adlanan hissədə qeydə alınıb.
 
"QAZel" markalı yük avtomobilin aşması nəticəsində sərnişin, Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Roman Əyyubov müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
 
Faktla bağlı Şəmkir rayon Polis Çöbəsində araşdırma aparılır.(APA)