Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Nazirliyin kollektivi və tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı iştirak edib. M.Qasımlı çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd olunması ilə bağlı keçirilən tədbirlərin milli şüurun formalaşmasında mühüm əhəmiyyətini və Cümhuriyyətin milli dövlətçilik tariximizdə misilsiz rolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
O, bu gün ölkədə milli tariximizə, mədəniyyətimizə xüsusi qayğı göstərildiyini qeyd edərək Cümhuriyyətin yaranması, fəaliyyəti, həmin dövrün ictimai-siyasi durumu barədə məlumat verib. Azərbaycanın müasir dövlətçilik tarixi haqqında danışan tarixçi-alim ölkənin müstəqilliyinin möhkəmləndirilməsində Ulu Öndər Heydər Əliyevin və bu ənənənin davamçısı Prezident İlham Əliyevin müstəsna xidmətlərini xüsusi vurğulayıb.