Azərbaycan, Türkiyə və Gürcüstan neft və qaz kəmərlərinin təhlükəsizliyinin birgə təmin edilməsi barədə razılıq əldə edib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə bazar günü Qəbələdə Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz məlumat verib.

"Üç ölkənin nazirləri neft və qaz kəmərlərinin təhlükəsizliyinin təmin olunması məsələsini müzakirə ediblər və bununla bağlı razılıq əldə olunub", — deyə Yılmaz üç ölkənin müdafiə nazirlərinin Qəbələdə keçirilən görüşündən sonrakı mətbuat konfransında bildirib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin dördüncü üçtərəfli görüşü nazir Zakir Həsənovun dəvəti ilə Qəbələdə keçirilib.