Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti görüşü Batumidə keçiriləcək.
Unikal.org xəbər verir ki, bu barədə qərar üç ölkə nazirinin Qəbələdə keçirilən görüşünün yekununda qəbul olunub.
Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bu barədə gürcü müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.
"Biz nazirlər səviyyəsində hazırlanmış detalları nəzərdən keçirdik. Sənədləri yoxladıq və nazirlər görüşü başa çatdıqdan sonra bu yay Batumidə toplaşmağı qərara aldıq. Ümid edirəm ki, hər iki nazir gələcək və bu üçtərəfli nazirlər görüşü və onun fəaliyyəti rəsmi və institusional şəkil alacaq", - deyə nazir bildirib.